Piyadanı öldürüb qaçan sürücü tutuldu

Piyadanı öldürüb qaçan sürücü tutuldu
  23 İyul 2018    Oxunub:6936
İyulun 20-də saat 21 radələrində Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Ziyəddin Rüstəmov vurulub və xəstəxanaya aparılarkən yolda ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21103” markalı avtomobilin sürücüsü, Mingəçevir şəhər sakini Kamal Məmmədov saxlanılıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti