“Uşaq çox uzağa getməyib. Olduqları ərazidən 100 metr aralıda kolların içərisinə düşüb və orada bir sutka qalıb. Uşaq tapılan kimi Nabran qəsəbəsində həkimlər tərəfindən ambulator müayinə olunub və səhhəti yaxşıdır. Bədənində yüngül cızıqlar var. Vəziyyəti yaxşıdır, danışıb gülür. Hazırda valideynləri ilə birlikdə Bakıya gəlirlər”.
Qeyd edək ki, 22 iyul tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu bu gün axtarışların aparıldığı ərazidə sağ-salamat tapılaraq ailəsinə təhvil verilib.

Aytən Zəhra
AzVision.az