Bakıda məcburi köçkün qətlə yetirilib - VİDEO

Mərhumun yaxınlarının sözlərinə görə, Q.Hüseynov 2 aydan çoxdur ki, həmin sexdə işləyib. İki həftə bundan qabaq iş yerində mübahisə düşdüyü üçün işdən çıxaraq evə gəlib. Daha sonra oranın müdiri Tərlan adlı şəxs Qafar Hüseynova zəng vuraraq, işə gəlməyini istəyib. Yenidən Bakıya iş yerinə qayıdan Qafar ölümündən təxminən 2 saat öncə əmisi oğlu ilə danşıb və hər şeyin yaxşı olduğunu söyləyib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır. (Report)
AzVision.az
Teqlər: Qətl