Şəkidə narkotik vasitə ilə saxlanılan şəxsin başqa cinayəti üzə çıxıb.
AzVision.az DİN-ə istinadən xəbər verir ki, Səməd Məmmədovun ətrafında Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 10-da rayon ərazisindəki evlərin birindən pul və 4950 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.