Bərdədə yol qəzası: Ölən var

Bərdədə yol qəzası: Ölən var
  25 İyul 2018    Oxunub:3743
Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən AzVision.az-a verilən məlumata görə, iyulun 23-də saat 11 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində kənd sakini Maarif Heydərovun idarə etdiyi “VAZ-2107” və Laçın rayon sakini Böyükkişi Şirinovun idarə etdiyi “Mercedes” markalı (mikroavtobus) avtomobillər toqquşub. Nəticədə M.Heydərov hadisə yerində ölüb.

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Bərdə   Qəza  





Xəbər lenti