36 yaşlı kişi itkin düşdü - FHN helikopter göndərdi

36 yaşlı kişi itkin düşdü - FHN helikopter göndərdi
  25 İyul 2018    Oxunub:4447
24 iyul 2018-ci il tarixində axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlu 21 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.
AzVision.az xəbər verir ki, Q.İbrahimovun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi, kinoloqları və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub.

AzVision.az


Teqlər: FHN   Zaqatala  





Xəbər lenti