Mingəçevirdə qaçırılan maşın Ağdaşda tapıldı

Mingəçevirdə qaçırılan maşın Ağdaşda tapıldı
  25 İyul 2018    Oxunub:3146
​İyulun 24-də saat 8 radələrində Mingəçevir şəhəri ərazisindən şəhər sakini Ruslan Hüseynovun “VAZ-2107” markalı avtomobilinin qaçırılması barədə Şəhər Polis Şöbəsinə müraciət daxil olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobilin Ağdaş rayonu ərazisində hərəkətdə olduğu müəyyən edilib. Görülmüş tədbirlərlə avtomobil həmin rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxsin Yevlax rayon sakini Sərxan Əliyev olduğu müəyyən edilib. Mingəçevir ŞPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti