Oğurluq edən keçmiş məhkum tutuldu

Oğurluq edən keçmiş məhkum tutuldu
  25 İyul 2018    Oxunub:3856
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
AzVision.az DİN-ə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində “Toyota”, “Mercedes” və “Ford Tranzit” markalı 3 avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Həsənov saxlanılıb.

Polis əməkdaşları tərəfindən mobil telefon ondan maddi sübut kimi götürülüb, avtomobil sahiblərinə dəymiş maddi ziyan ödətdirilib.

N.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tədbir görülüb.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti