Siqaret çəkən 363 nəfər cərimələnib

Siqaret çəkən 363 nəfər cərimələnib
  25 İyul 2018    Oxunub:4809
2018-ci ilin 6 ayı ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində «Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə görə 363 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci və 306.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, onlara tətbiq edilmiş cərimələr 11.205 manat təşkil edib.

Qeyd olunub ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

AzVision.az



Teqlər: DİN   Siqaret  





Xəbər lenti