Dənizdə batan 4 nəfərin kimliyi açıqlandı

Dənizdə batan 4 nəfərin kimliyi açıqlandı
  25 İyul 2018    Oxunub:12216
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Nabran qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2000 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Qocayeva Aysel Əfqan qızının cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Qocayeva Kamilə İkram qızının, Dadaşova Ruhiyyə Eyvaz qızının və Dadaşov İkram Məmmədyar oğlunun cəsədləri vətəndaşlar tərəfindən sudan çıxarılıb.

AzVision.az



Teqlər: FHN   Nabran   Dəniz  





Xəbər lenti