Braziliyadakı səfirimiz təltif edilib
Səfir Elxan Poluxov yüksək mükafata görə qubernatora təşəkkür edib, cari ildə Qoyas ştatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Azərbaycan ilə Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilmiş foto sərgi və biznes forumun keçirildiyini diqqətə çatdırıb.
Səfir, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və eləcədə Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz olaraq həbs edilən Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə, həmçinin Avstriya və İsrailin səfirləri də eyni medal ilə təltif ediliblər.
AzVision.az