FHN dağda itən çobanın meyitini tapıb

FHN dağda itən çobanın meyitini tapıb
  28 İyul 2018    Oxunub:6128
FHN Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyitinin götürülməsinə dair məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, 26 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyitinin həmin gün götürülməsi əməliyyat şəraitinin mürəkkəbliyi əlaqədar (mürəkkəb reylefli yüksək dağ massivində havanın qatı dumanlı olması səbəbilə) mümkün olmayıb. Meyitin götürülməsi üzrə tədbirlər iyulun 27-də gün ərzində aparılıb.

Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin həyata keçirdiyi tədbirlər nəticəsində Q.İbrahimovun meyitinin olduğu yerdən götürülərək nisbətən təhlükəsiz əraziyə daşınması mümkün olub. Hazırda meyitin dağdan endirilməsi üzrə tədbirlər həyata keçirilir.

İbrahimov Qurban İbrahim oğlunun meyiti yaxın saatlarda aidiyyəti üzrə təhvil veriləcək.

Qeyd edək ki, İbrahimov Qurban İbrahim oğlu çoban kimi fəaliyyət göstərib.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti