74 əcnəbi inzibati məsuliyyətə cəlb edilib - FOTOLAR+VİDEO

74 əcnəbi inzibati məsuliyyətə cəlb edilib - FOTOLAR+VİDEO
  30 İyul 2018    Oxunub:3295
Dövlət Miqrasiya Xidməti tərəfindən iyulun 25-dən 28-nə kimi qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 22-si Gürcüstan, 13-ü Pa­kis­tan, 12-si Rusiya, 10-u Türkiyə, 6-sı Banqladeş, 6-sı İraq, 1-i Türkmənistan, 1-i Misir, 1-i İran, 1-i Hindistan və 1-i Moldova və­tən­da­şı ol­maq­la ümu­­mi­likdə 74 əc­nə­bi sax­­­la­nıl­ıb.
DMX-dan AzVision.az-a verilən xəbərə görə, saxlanılmış 5 nəfər Gürcüstan və 1 nəfər İran vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadıqları, 3 nəfər Türkiyə vətəndaşının Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları, digər 65 nəfərin isə ölkədə qanunsuz yaşadıqları müəyyən edilib.



Saxlanılmış əcnəbilərdən 57 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin ölkəmizin hü­dud­la­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.



Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir.







AzVision.az


Teqlər: Miqrasiya-Xidməti   DMX  





Xəbər lenti