Evdən külli miqdarda qızıl oğurlanıb

Evdən külli miqdarda qızıl oğurlanıb
  30 İyul 2018    Oxunub:3998
Bakıda evdən 10 min manatlıq qızıl əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon ərazisindəki evlərin birindən 10 000 manat dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə və oğurluğa görə məhkum olunmuş Vahid Quliyev saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti