Çaylarda mövcud vəziyyət açıqlanıb

İyulun 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 107 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 68 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 66 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 19 m3/s təşkil edərək ongünlük normanın 22 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Surrada 1 sm artım qeydə alınıb, lakin Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 318 sm (2017-ci il iyulun 30-da 350 sm), Şirvanda 163 sm (2017-ci il iyulun 30-da 207 sm), Salyanda 87 sm (2017-ci il iyulun 30-da 133 sm), Bankədə 167 sm (2017-ci il iyulun 30-da 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 35 sm (2017-ci il iyulun 30-da 51 sm) təşkil edir.
AzVision.az