FHN yanğın yerinə 2 helikopter göndərdi

FHN yanğın yerinə 2 helikopter göndərdi
  30 İyul 2018    Oxunub:4657
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonunun Çayqışlaq yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, mürəkkəb reylefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

İlkin məlumata görə, qeyd olunan ərazidə quru ot və kol-kos yanır. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Yanğın   Quba  



Xəbər lenti