Baş nazir Tovuz sakinini ölümdən necə xilas etdi? - VİDEO

Baş nazir Tovuz sakinini ölümdən necə xilas etdi? - VİDEO
  01 Avqust 2018    Oxunub:4335
Ötən gün intihara cəhdi baş nazir Novruz Məmmədov tərəfindən qarşısı alınmış şəxs “Xəzər Xəbər”ə danışıb.

49 yaşlı Yaşar Əhmədov nə üçün belə addım atmaq istədiyinin səbəblərini açıqlayıb. O, baş nazirə bildirib ki, iki övladı var, anası onları harasa aparıb, tapa bilmir, buna görə də intihar etmək istəyir. Məsələ araşdırma tələb etdiyi üçün baş nazir onu Nazirlər Kabinetinə dəvət edib.
Novruz Məmmədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göstəriş verib ki, Y. Əhmədovun problemi araşdırılsın, övladlarının harada olduğu öyrənilsin. Hazırda Komitədə araşdırma davam edir.



AzVision.az


Teqlər: Baş-nazir   İntihar  





Xəbər lenti