DSX narkotik əməliyyatı keçirib

DSX narkotik əməliyyatı keçirib
  01 Avqust 2018    Oxunub:2868
Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikası ərazisindən qaçaqmal yolu ilə 3 bağlamadan ibarət 6 qutuda 10 milliqramlıq flakonlarda 2000 ədəd psixotrop tərkibli “Mydrax” dərman preparatlarının dövlət sərhədini pozmaqla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
DSX-nin mərkəzindən AzVision.az-a bildirilib ki, Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər nəticəsində Balakən rayonunun Gərəkli, Salban, Zaqatala rayonunun Maçex, Aşağı Tala, Danaçı, Muxax, Axaqdərə, Qax rayonunun Əlibəyli kənd ərazilərindəki meşə massivlərində 13796 ədəd ümumi çəkisi 9 ton 300 kq olan yabanı şəkildə bitmiş çətənə kolları aşkarlanıb və müvafiq qaydada aktlaşdırılaraq məhv edilib.


AzVision.az


Teqlər: DSX   DİN   Narkotik  





Xəbər lenti