İstidən ölənlərin sayı 5 dəfə artacaq

İstidən ölənlərin sayı 5 dəfə artacaq
  01 Avqust 2018    Oxunub:3091
2080-ci ilə qədər tropik və subtropik regionlarda anomal istilərdən ölənlərin sayı 5 dəfə artacaq.
AzVision.az xəbər verir ki, Melbrunda yerləşən Monaşa Universitetinin alimləri bununla bağlı araşdırma aparırlar. Alimlər belə bir qənaətə gələrkən, istixana qazlarının atmosferə buraxılmasını, insanların ətraf mühitin dəyişkən şərtlərinə uyğunlaşa bilməsi və ölkələrdə əhalinin sıxlığı ehtimallarını nəzərə alıblar.

Ən pessimist ssenarilərdən biri odur ki, 1971-2010-ci illərlə müqayisədə Avstraliyanın 3 şəhərində anomal hava şəraitindən ölənlərin sayı 471 faiz artacaq. Həmçinin Hindistan, Yunanıstan, Yaponiya və Kanadada ölüm hallarından kəskin artım qeydə alınacaq. Vəziyyəti yanğın və quraqlıq daha da ağırlaşdıracaq.

Aytən Zəhra
AzVision.az


Teqlər: İsti   Hava   Anomal  





Xəbər lenti