Toydan qayıdan iki xanəndə yol qəzasında ölüb - FOTO
01 Avqust 2018
Oxunub:19673
Dövlət televiziyasında yayımlanan muğam müsabiqəsinin iştirakçıları Miryusif Mirizadə və Novruz Hüseynov yol qəzasında həlak olublar.
AzVision.az xəbər verir ki, qəza ötən gün axşam saatlarında Bərdə yolunda baş verib. Sosial şəbəkələrdə yayılan məlumata görə, xanəndələr toy mərasimindən qayıdarkən qəzaya düşüblər.