Bu günün hava proqnozu

Abşeron çimərliklərində avqustun 2-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Bununla əlaqədar çimərliklərə üz tutanları ehtiyatlı olmağa çağırırıq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, avqustun 2-3-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amildir. ETSN xəbərdarlıq edir ki, avqustun 2-si gündüzdən avqustun 4-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
AzVision.az