Naxçıvanda 209 nəfər işlə təmin olunub

Gənclərin, qadınların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlanılıb. Belə ki, işlə təmin edilənlərin 58 nəfərini 29 yaşadək gənclər, 8 nəfərini sağlamlıq imkanları məhdud olan şəxslər, 37 nəfərini isə qadınlar təşkil edib.
Həmçinin Naxçıvan şəhərinin Tumbul kəndində bir bərbər-manikürçü, Şərur rayonunun Cəlilkəndində bir bərbər, Ordubad rayonunun Çənnəb kəndində bir bərbər-manikürçü, ümumilikdə, 3 nəfər kənd xidmət mərkəzlərində işlərə göndərilib. Əmək yarmarkalarının yekun statistikasına əsasən Naxçıvan şəhərindən 46, Şərur rayonundan 42, Babək
rayonundan 29, Ordubad rayonundan 20, Culfa rayonundan 24, Şahbuz rayonundan 13, Kəngərli rayonundan 26, Sədərək rayonundan isə 12 nəfər işlə təmin edilib.
AzVision.az
Teqlər: Naxçıvan Əmək Yarmarka