Xanəndə Novruz Hüseynovun meyiti kanaldan tapıldı

AzVision.az-ın məlumatına görə, xanəndənin cəsədi bu gün səhər saatlarında Qarabağ kanalında aşkar edilib. Mərhumun nəşi müayinə olunması üçün müvafiq quruma təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, N.Hüseynov və M.Mirizadə 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları olublar.
Şəhanə Rəhimli
AzVision.az