Gəncədə 4 otaqlı ev yanıb

Gəncədə 4 otaqlı ev yanıb
  03 Avqust 2018    Oxunub:3123
Gəncədə evdə yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərin Nizami rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 92 m² sahədə yanıb. Yüksək temperaturdan evə bitişik ümumi sahəsi 48 m² olan talvar və yaxınlıqdakı ümumi sahəsi 135 m² olan talvar 10 m² sahədə qarsalanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti