875 kq narkotik məhv edilib

875 kq narkotik məhv edilib
  03 Avqust 2018    Oxunub:3949
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Xanagah kəndi ərazisində 2,5 hektar ərazidə yabanı halda bitən ümumi çəkisi 875 kiloqram olan 1109 ədəd narkotik tərkibli çətənə bitki kolları aşkar edilərək yandırılma yolu ilə məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti