Lerikdə meşə yanır

Lerikdə meşə yanır
  03 Avqust 2018    Oxunub:4412
Lerik rayonunun Günəşli kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivi) yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən xəbərə görə, yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Meşə   Yanğın  





Xəbər lenti