Əkdiyi çətənə kollarını polisə təhvil verdi

Əkdiyi çətənə kollarını polisə təhvil verdi
  03 Avqust 2018    Oxunub:5149
Avqustun 2-də Xaçmaz rayon sakini Namik Nəsrullayev Quba Rayon Polis Şöbəsinə müraciət edərək, bir ay əvvəl Xudat şəhəri ərazisində meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edərək becərdiyi 13 ədəd narkotik xassəli çətənə - Kannabis bitkilərini könüllü olaraq təhvil verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az-a verilən məlumata görə, dindirilmə zamanı N.Nəsrullayev çətənə bitkilərini şəxsi istifadəsi üçün meşəlik ərazidə dibçəklərdə əkdiyini, lakin fikrindən daşınaraq könüllü olaraq Quba RPŞ-nə qətirərək təhvil verdiyi bildirib. ​Faktla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti