Göygöldə kişi bacısını bıçaqlayaraq öldürdü

Cinayət hadisəsi avqustun 2-də baş versə də, hadisədən bu gün xəbər tutulub və dərhal polisə məlumat verilib. Cinayəti törədən V.Tağıyev şübhəli şəxs qismində saxlanılıb. İlkin məlumata görə, Vüsalə Tağıyeva həyat yoldaşından boşanıb və bir azyaşlı övladı ilə yaşayırmış. Hadisə qadın Nurlan Əliyevlə yaşadığı evdə görüşən zaman baş verib. Həmin zaman qardaşı onun evinə gələrək qətli törədib. Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.(Report)
AzVision.az