Xırdalanda mənzildən meyit tapılıb

 Xırdalanda mənzildən meyit tapılıb
  05 Avqust 2018    Oxunub:3959
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıblar. Vətəndaş mənzildən ölü olaraq tapılıb. Cəsəd aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

AzVision.az



Teqlər: FHN   Xırdalan   Meyit  





Xəbər lenti