Gəncədə 2 maşın yanıb

Gəncədə 2 maşın yanıb
  07 Avqust 2018    Oxunub:2789
Gəncə şəhərininin Nizami rayonunda ümumi sahəsi 90 m2 olan talvarın altında dayanmış "VAZ” markalı minik avtomobilinin yük hissəsi, arxa oturacağı və "Chevrolet" markalı minik avtomobilinin mühərrik hissəsi, idarəetmə lövhəsi və qabaq təkərləri yanıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan tavanın lambirdən ibarət üzlüyü 5 m2 sahədə əriyib. Talvarın və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Gəncə  





Xəbər lenti