Evdən 115 min manat və 30 minlik qızıl oğurlanıb

Evdən 115 min manat və 30 minlik qızıl oğurlanıb
  07 Avqust 2018    Oxunub:4099
Gəncə şəhərində evdən külli miqdarda pul və qızıl əşyaları oğurlanıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin yanvar ayında Gəncə şəhəri ərazisindəki evlərin birindən 115700 manat pul və 30000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Əflaki saxlanılıb. Daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti