Daxili orqanından narkotik çıxdı

Daxili orqanından narkotik çıxdı
  07 Avqust 2018    Oxunub:2726
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 4 ədəd bükümdə, ümumi xalis çəkisi 177,834 qram olan narkotik vasitə - heroin aşkar edilib.

AzVision.az


Teqlər: DGK   Narkotik   Biləsuvar  





Xəbər lenti