4 rayonda yanğın olub

Digər məlumata görə, Qəbələ rayonunun Kürd kəndində 6 ha biçilmiş taxıl sahəsi və 4 ha sahədə kol-kos yanıb. Türyançay Dövlət Təbiət Qoruğu yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Kürdəmir rayonunun Çöl Ərəb kəndində isə ümumi sahəsi 100 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və 40 m² sahədə kol-kos yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Goranboy rayonunun Sarovlu kəndində ümumi sahəsi 24 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
AzVision.az