Daşkəsəndə kafe yanıb

  08 Avqust 2018    Oxunub : 2149
Daşkəsəndə kafe yanıb
Daşkəsən rayonun Xoşbulaq kəndində ümumi sahəsi 225 m² olan ikimərtəbəli tikilinin (kafe kimi fəaliyyət göstərir) 1 otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 60 m² sahədə yanıb.
FHN-dən AzVision.az-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az

Teqlər: FHN