Abşeronda şagird müəllimini bıçaqladı - Video

Çox çəkməyib ki, polis, müəllimi bıçaqlayan Rövşən İsgəndərovu saxlayıb. Araşdırma zamanı məlum olub ki, Rövşən İsgəndərov müəllim Coşqun Xanbabayevin şagirdi olub. Saxlanılan Rövşən bildirib ki, bir müddət əvvəl universitetə daxil olmaq üçün Coşqun Xanbabayevin yanına hazırlığa gedib. Dediyinə görə, kitab üstündə Coşqun Xanbabayev ilə arasında mübahisə yaşanıb və bu zaman müəlliminin döş qəfəsinə bir bıçaq zərbəsi vurub.
AzVision.az