Keçmiş məhkum yenidən cinayət törətdi

Keçmiş məhkum yenidən cinayət törətdi
  08 Avqust 2018    Oxunub:3669
Avqustun 4-də Abşeron rayonunun Saray qəsəbəsi ərazisində naməlum şəxs Sumqayıt şəhər sakini Rahim Mustafayevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib 126 manat pulunu alıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əhmədov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti