Pul oğurlayan yeniyetmə saxlanılıb

Pul oğurlayan yeniyetmə saxlanılıb
  08 Avqust 2018    Oxunub:5521
Bakı sakinindən pul oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 1-də Bakı şəhər sakini R.Musayevə məxsus “Mercedes” markalı avtomobildən 2250 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini olan bir yeniyetmə saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti