Qazaxda maşın piyadanı vurub öldürdü

Qazaxda maşın piyadanı vurub öldürdü
  08 Avqust 2018    Oxunub:4234
Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən AzVision.az-a verilən məlumata görə, avqustun 8-də saat 1 radələrində Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində Qaymaqlı kənd sakini Həmid Mustafayev idarə etdiyi “Oka” markalı avtomobillə yolu keçən kənd sakini Azad Abbasovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti