Pornosaytlara giriş niyə qadağan olunmur?

  08 Avqust 2018    Oxunub : 15671
Pornosaytlara giriş niyə qadağan olunmur?
Bahadur Seyidov

Alexa.com məşhur saytların reytinqini ölçən bir internet-resursudur. Burada saytların ölkələr üzrə də ayrıca reytinq siyahısını görmək olur. İllərdir müxtəlif xəbər saytılarında çalışdığım üçün Azərbaycan üzrə reytinq cədvəlinə demək olar ki. hər gün baxıram. Ölkəmizdən ən çox girilən saytları araşdırıram. Hər dəfə daxil olduğumda ən çox girilən 20 sayt arasında mütləq bir-iki pornosaytların olması diqqətimi çəkir.
Ölkəmizdə ən çox izlənən xəbər saytlarının belə, bu pornosaytlarından geridə qalması isə xeyli təəssüf doğurur. Məsələn, Pornhub.com saytı günlük girişi 50 minin üzərində olan yerli xəbər saytlarını üstələyir. Bu, o deməkdir ki, təkcə bir porno sayta ölkəmizdən gün ərzində 50 000-dən çox adam daxil olur.

Məlum olduğu kimi, Azərbaycanda pornoqrafik tərkibli internet-resursların yaradılması, o cümlədən, internetdə yayılması qanunla qadağandır. Amma bu qadağa nədənsə xarici parno saytlarına tətbiq olunmur.

Müqaisə üçün qeyd edim ki, 2015-ci ildən etibarən Rusiya nəzarət komitəsi pornoqrafik internet-resurslarına girişi məhdudlaşdırıb. Hətta qadağan edilmiş informasiyanın vahid reyesterinə dünyanın ən iri porno-saytlarından olan PornHub da daxil edilib. Pornoqrafik tərkibli internet-resurslar qadağan edilmiş informasiyanın vahid reyesterinə Krasnodar vilayətinin Krılovski rayon məhkəməsinin qərarı ilə daxil edilib. Məhkəmə bu resursların “Uşaqların sağlamlığına və inkişafına mənfi təsir edəcək informasiyadan müdafiə” barədə qanunu pozduğunu qərara alıb.

Almaniyanın Təkamül Antropologiya Max Planck Cəmiyyəti İnstitutu və Şarite Psixiatriya Klinikasının birgə hazırladıqları hesabat pornoqrafiya izləməyin beyinin boz maddəsinə zərər vurmasına işarə edir. Tədqiqata əsasən, porno izləyən kişilərin beyni adi insanların beynindən mənfi mənada tamamilə fərqlidir.

ABŞ Psixiatorlar Cəmiyyətinin jurnalında yayımlanan digər bir araşdırmada isə göstərilir ki, pornoqrafiya izləməyin artması ilə depressiya və spirtli içkilərə meyllik arasında sıx əlaqə var.

Porno izləməyin əxlaqi və sağlamlıq baxımından zərərləri haqqında inetrnetdə minlərlə məqalələr var. Bu cür resursların internetdə yayılması və ələlxüsus da azyaşlılar üçün əlçatan olması yolverilməzdir. Bu cür saytları aşkar etmək və onlara girişi məhdudlaşdırmaq bir neçə gün ərzində mümkündür. Fikrimcə, medianın bu məsələni gündəmə gətirməsi və aidiyyatlı qrumların lazımi tədbirlər görməsi vacibdir.

Teqlər: