Ağsuda “Mercedes” dərəyə aşıb

Ağsuda “Mercedes” dərəyə aşıb
  09 Avqust 2018    Oxunub:4389
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağsu rayonunda “Mercedes” markalı minik avtomobili dərəyə aşıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: Qəza   Ağsu   FHN  





Xəbər lenti