Sumqayıtda "Mercedes" yanıb

Sumqayıtda "Mercedes" yanıb
  09 Avqust 2018    Oxunub:4325
Sumqayıt şəhərində avtomobil təmiri sexinin yanar konstruksiyaları 30 m² sahədə və içərisində olan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan bitişik olan sexlərin lambirdən ibarət tavanı, ümumilikdə, 26 m² sahədə əriyib. Tikilinin qalan hissəsi və təmirə dayanmış "Opel" markalı avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğın   Sumqayıt   FHN  





Xəbər lenti