Narkotik əkən keçmiş məhkum tutuldu

Narkotik əkən keçmiş məhkum tutuldu
  09 Avqust 2018    Oxunub:4310
Ağsuda həyətyanı sahədə çətənə kolları və marixuana aşkarlanıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə,Baş Narkotiklərlə Mübarizə İdarəsi və Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Elçin Abbasov saxlanılıb.

Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 620 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: Narkotik  





Xəbər lenti