İsmayıllıda 4 otaqlı ev yanıb

İsmayıllıda 4 otaqlı ev yanıb
  10 Avqust 2018    Oxunub:3717
İsmayıllıda yanğın qeydə alınıb.
FHN-dən AzVision.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 144 m2 olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 72 m2 sahədə, 2 ədəd pəncərə çərçivəsi və bitişik ümumi sahəsi 96 m2 olan talvarın yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   İsmayıllı  





Xəbər lenti