Bakıda sərnişin avtobusu dərədən aşıb

Məlumat qeyd olunur ki, sosial şəbəkələrdə və bəzi informasiya saytlarında sərnişin dolu avtobusun dərəyə aşması nəticəsində xeyli sayda insanın xəsarət alaraq ölməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bildirilir ki, bu cür məlumatlar insanlar arasında çaşqınlıq süni ajiotajın yaranmasına səbəb olur. Bu cür hadisələr zamanı BNA-nın yaydığı rəsmi məlumatlara istinad edilməsi xahiş edilir.
Əvvəllər açıqlandığı kimi, 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti qənaətbəxş hesab edilməyib. Daxil olan vətəndaş müraciətləri əsasında xətt üzrə avtobuslara keçirilən baxış zamanı nəqliyyat vasitələrinin texniki baxımdan yararsız vəziyyətdə olması, eyni zamanda sürücülərin qeyri-peşəkar olması müəyyən edilib. Mövcud vəziyyətlə bağlı dəfələrlə daşıyıcıya yazılı və şifahi xəbərdarlıqlar edilsə də, təsirli tədbirlər görülməyib.
AzVision.az