Oğurluq edən 3 keçmiş məhkum tutuldu

Oğurluq edən 3 keçmiş məhkum tutuldu
  11 Avqust 2018    Oxunub:2963
Bakıda oğurluq edən Qazax rayon sakini saxlanılıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Nəsimi RPİ 22-PŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə yanvarın 3-də Bakı şəhər sakini A.İsgəndərovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Tağıyev saxlanılıb.

Eyni zamanda Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 5-də Gəncə şəhəri ərazisindəki evlərin birinin damından həmin evin sakinlərinə məxsus ümumilikdə 5 ədəd su mühərrikini oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Namiq Əliyev və Şahin Əliyev saxlanılıblar.


AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti