Üçmərtəbəli çay evində yanğın olub

Üçmərtəbəli çay evində yanğın olub
  11 Avqust 2018    Oxunub:3760
Paytaxtda yanğın baş verib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 834 m² olan üçmərtəbəli tikilinin (çay evi kimi fəaliyyət göstərir) mətbəxində lambirdən ibarət tavan 2 m² sahədə və 2 p.m elektrik kabeli yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az




Teqlər: FHN  





Xəbər lenti