FHN köməksiz qalan şəxsi xilas etdi

FHN köməksiz qalan şəxsi xilas etdi
  12 Avqust 2018    Oxunub:3919
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az



Teqlər: FHN  





Xəbər lenti