İsmayıllıda 4 bal gücündə zəlzələ olub

İsmayıllıda 4 bal gücündə zəlzələ olub
  12 Avqust 2018    Oxunub:4372
Avqustun 11-də İsmayıllı rayonu ərazisində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a bildirilib ki, ilkin məlumatlara əsasən yeraltı təkanlar yerli vaxtla saat 23:03:11-də Pirquludan 11 kilometr qərbdə İsmayıllı ərazisində qeydə alınıb.

Ocağı 9 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.

AzVision.az


Teqlər: Zəlzələ   İsmayıllı  





Xəbər lenti