Sumqayıtda silahlı insident - Ölən var

Meyit müayinə olunması üçün Sumqayıt şəhər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinə təhvil verilib. Ölən şəxsin kimliyi hələ ki, məlum deyil.
Hadisəni törədən şəxsin yerinin müəyyən edilməsi və onun məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (Report)
AzVision.az
Teqlər: Sumqayıt