İki gündə 195 cinayət faktı qeydə alınıb

İki gündə 195 cinayət faktı qeydə alınıb
  13 Avqust 2018    Oxunub:2158
Avqustun 11-dən 13-dək ölkədə 195 cinayət faktı qeydə alınıb, onların da 33-ü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti